AZ

Bu işlərə mülki məhkəmələrdə baxılacaq – Mühüm qərar

Ali Məhkəmə bəzi inzibati və mülki işlər üzrə məhkəmə aidiyyəti məsələsinə aydınlıq gətirib.

Apress.az xəbər verir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Qərar qəbul edilib.

Ali Məhkəmə Plenumu qəbul etdiyi yeni Qərarda məhkəmələr tərəfindən baxılan bəzi işlərə mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə aydınlıq gətirilib.

Sözügedən Qərarda əsas dəyişikliklər bunlardır:

– Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır.

– Torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

– Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrdə müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır. Buna görə də bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Seçilən
2
40
apress.az

10Mənbələr