AZ

“Ətin qiyməti 20 manatdır, sosiska 3.8 manata satılır” – Deputat

“Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər”.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Məşhur Məmmədov deyib.

“Keyfiyyətli məhsul istehsal edənlər maya dəyərinə satış etməyə çətinlik çəkir. Yəni, bu qanunun əsas məqsədi keyfiyyətli məhsul istehsal etməkdir. Eyni zamanda bu qayda ət məhsullarına da tətbiq olunsa, yaxşı olar”, – deyə o qeyd edib.

Seçilən
3
5
tribunainfo.az

7Mənbələr