AZ

" Türkiyənin mübarizəsi terrorçubaşı ilə məhdudlaşmır" AÇIQLAMA

EDnews “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç  FETÖ təşkilatının sədri Fətullah Gülənin ölümü haqqında verdiyi açıqlama çərçivəsində deyib.

O bildirib ki, rəsmi Ankaranın FETÖ-yə qarşı mübarizəsi bundan sonra da davam edəcək: “Fətullah Gülərin ölümü mübarizəmizin qətiyyətinə heç bir təsir göstərməyəcək. Əksinə, mübarizəmiz eyni əzmkarlıqla davam edəcək”.

Nazir deyib ki, Türkiyə başda məhkəmə sistemi olmaqla, müxtəlif səviyyələrdə FETÖ-yə qarşı mübarizəni dayandırmayacaq: “Biz milli iradəyə qarşı müharibə aparan bu xəyanət şəbəkəsinin qalıqlarını təmizləməkdən, dövlətimizin sülh və təhlükəsizliyi üçün lazım olan addımlardan əsla imtina etməyəcəyik. Xain təşkilatın hər bir üzvü ədalət qarşısında mütləq hesab verəcək”.

Xatırladaq ki, F.Gülər bu gün ABŞ-da ölüb.

Seçilən
1
5
ednews.net

6Mənbələr