AZ

Fətullah Gülən həqiqətən ölüb? - Hakan Fidandan açıqlama

Bu gün səhər saatlarında FETÖ lideri Fətullah Gülənin ölüm xəbəri yayılıb.

Olaylar xəbər verir ki, yaxın qohumları da onun ölümünü təsdiqləyib. Bununla belə onun ölümünə dair şübhələr qalmaqdadır.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan FETÖ liderinin ölümü ilə bağlı açıqlama verərək bildirib ki, onun ölümünə dair xəbərlər həqiqəti əks etdirir.

"Kəşfiyyat xarakterli məlumatlarımız onun ölümünü təsdiqləyir. Lakin, Fətullah Gülənin ölümü bizim bu terror təşkilatı ilə mübarizəmizin dayanması demək deyil. Dövlətimiz FETÖ ilə mübarizəni davam etdirəcək", - Hakan Fidan söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
5
olaylar.az

6Mənbələr