AZ

COP29 Azərbaycana nə gətirəcək: dividendlər və perspektivlər

Bakı. Trend:

COP29 konfransının keçirilməsi Azərbaycana əhəmiyyətli iqtisadiimkanlar açacaq və "yaşıl" enerji sahəsindəki zəngin potensialınıortaya çıxarmaq üçün əlverişli şərait yaradacaq. Bu mühüm tədbiriqtisadi artımın katalizatoru olacaq, ölkənin "yaşıl" iqtisadiyyatakeçidini dəstəkləyəcək və Azərbaycanın xarici investisiyalar üçüncəlbediciliyini vurğulayacaq. Bundan əlavə, COP29-un keçirilməsi"yaşıl" keçid çərçivəsində yeni layihələrin maliyyələşdirilməsiüçün beynəlxalq maliyyə institutları ilə sıx əlaqələrin qurulmasınaimkan verəcək.

Beynəlxalq maliyyə institutları Azərbaycanı COP29-a hazırlıqdafəal şəkildə dəstəkləyir və iqlim gündəmi ilə bağlı tədbirlərinuğurla həyata keçirilməsi üçün texniki yardım və əməkdaşlıq təklifedirlər. Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycanımilli gündəmini COP29-un məqsədlərinə uyğun olaraq həyatakeçirməkdə dəstəkləməyə çalışır. Beynəlxalq Valyuta Fondu (BVF) daAzərbaycan hökuməti ilə COP29-a hazırlıqda əməkdaşlıq etməyə hazırolduğunu bildirib. "Biz Azərbaycanın müstəqillik qazandığı dövrdənbəri son 30 ildə həyata keçirdiyi bütün islahatlarla bağlıəməkdaşlıq etmişik. Bir institut olaraq, COP29-un uğurla həyatakeçirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırıq. Biz müntəzəmolaraq siyasi məsləhətləşmələr aparır və Azərbaycan üçün texnikiyardım göstəririk", - BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya üzrədepartamentinin direktoru Cihad Azur Vaşinqtonda keçirilən BVF-ninBahar Toplantılarında qeyd edib. Asiya İnkişaf Bankı (AİB) daAzərbaycan üçün COP29-a hazırlıq çərçivəsində texniki yardımpaketini təsdiq edib. "Bu yardım ölkəyə COP ilə bağlı danışıqlarınaparılması və tədbirin təşkilinə hazırlıq üçün potensial yaratmağakömək edəcək. Biz əməkdaşlığın hər hansı əlavə istiqamətlərinimüzakirə etməkdən məmnun olardıq", - AİB-in Mərkəzi və Qərbi Asiyaüzrə baş direktoru Yevgeniy Jukov Tbilisidə bankın illik iclasındabildirib.

COP29-un keçirilməsi, həmçinin qabaqcıl texnologiyalarıntətbiqinə və xarici investisiyaların cəlb olunması ilə yeniistehsal güclərinin yaradılmasına şərait yaradacaq, bu da iqtisadiinkişaf üçün mühüm təkan olacaq. COP konfransları qəbul edənölkələrə əhəmiyyətli iqtisadi dividentlər gətirir, turizm,otelçilik və dayanıqlı inkişaf kimi sahələrdə gəlirlərin artmasınasəbəb olur.

Əvvəlki COP konfranslarının təcrübəsi, məsələn, 2009-cu ildəKopenhagendə keçirilən COP15, 2021-ci ildə Qlazqoda keçirilən COP26və 2022-ci ildə Şarm-əl-Şeyxdə keçirilən COP27 bu trenditəsdiqləyir. COP15 danışıqların çətin keçməsinə baxmayaraq,Kopenhageni ekoloji cəhətdən təmiz və dayanıqlı bir şəhər kimiböyük diqqət mərkəzinə gətirdi, bu da turizmin artmasına vədayanıqlı şəhər inkişafı layihələrinə investisiyaların artmasınasəbəb oldu. Danimarka bərpa olunan enerji və iqlim texnologiyalarısahəsində dünya lideri statusunu möhkəmləndirdi, bu da ölkəyəuzunmüddətli investisiyaların cəlb edilməsinə kömək etdi.

COP26, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərəbaxmayaraq, turizm və otelçilik sahələrindən əhəmiyyətli gəlir əldəetdi. Qlazqoya təxminən 40 000 nümayəndə gəldi ki, bu da otellər,restoranlar və nəqliyyat şirkətləri kimi yerli müəssisələringəlirlərinin artmasına səbəb oldu. Tədbir, həmçinin, şəhərin iqlimsahəsində əsas oyunçu kimi reputasiyasını möhkəmləndirdi və regionadaha çox investisiyanın cəlb edilməsinə kömək etdi.

Şarm-əl-Şeyxdə keçirilən COP27 də Misiri qlobal işgüzar turizmmərkəzi kimi irəli sürdü. Konfrans təkcə turistləri deyil, həm də"yaşıl" enerji layihələrinə investisiyaları cəlb etdi ki, bu daMisirin təmiz enerji və dayanıqlı inkişaf sahəsindəki mövqelərinigücləndirdi. Tədbir turizmin inkişafını təşviq etdi və enerjilayihələrinin həyata keçirilməsi üçün tərəfdaşlıqlarınyaradılmasına səbəb oldu.

Cənubi Avstraliyanın 2026-cı ildə keçiriləcək COP31-inkeçirilməsi üçün müraciəti də bu iqtisadi perspektivləritəsdiqləyir: ştat konfransın təxminən 500 milyon dollar iqtisadimənfəət gətirəcəyinə və tədbirin 30 000-dən çox insanı cəlbedəcəyinə ümid edir ki, bu da yerli iqtisadiyyata əhəmiyyətligəlirlər gətirəcək və iqlim sahəsində beynəlxalq əməkdaşlıq üçünyeni imkanlar yaradacaq.

Azərbaycan "yaşıl" enerji sahəsində aparıcı ölkələr və dünyamaliyyə mərkəzləri ilə əlaqələrini genişləndirə biləcək, çünkienerji keçidinin uğurla həyata keçirilməsi və iqlim öhdəliklərininyerinə yetirilməsi onların dəstəyi və kapitalı olmadan mümkündeyil. Azərbaycanın alternativ enerji mənbələri sahəsində böyükpotensialı nəzərə alındıqda, rəsmi Bakı üçün bu sahəyəinvestisiyaların cəlb edilməsi və beynəlxalq maliyyə kanallarınınaçılması strateji əhəmiyyət kəsb edir.

Azərbaycan əhəmiyyətli dərəcədə istifadə olunmamış bərpa olunanenerji potensialına malikdir. Bu sahəyə günəş, külək, hidroenerji,biokütlə və geotermal enerji daxildir. Uzun müddət enerji siyasətiölkənin böyük neft və qaz resurslarının işlənməsinə yönəlmiş olsada, son illərdə əhəmiyyətli dəyişikliklər baş verib. 2020-ci ilinəvvəlində külək və günəş elektrik stansiyalarının tikintisi üçüngenişmiqyaslı müqavilələr imzalanıb, 2021-ci ilin may ayında isəparlament bərpa olunan enerji mənbələrinin elektrik istehsalındaistifadəsi ilə bağlı qanunu təsdiqləyib. Bu qanunun qəbuluAzərbaycan üçün “yaşıl” enerjinin inkişafında yeni imkanlar açır,eyni zamanda bu sahədə layihələrin həyata keçirilməsi üçün hüquqibaza yaradır. Qanun rəqabətli tenderlərin keçirilməsini, aktivistehlakçıların (yarım istehlakçı) dəstəklənməsini və əlavənormativ aktların hazırlanmasını nəzərdə tutur. Hazırda tenderlərinkeçirilməsi ilə bağlı qaydalar mövcuddur və net ölçmə və nethesablaşma ilə bağlı layihələr aktiv şəkildə hazırlanmaqdadır.Həmçinin, elektrik və qaz tədarükü ilə bağlı qanunlar müzakirəedilir.

Günəş enerjisi ölkədə inkişaf üçün ən perspektivli sahələrdənbiridir. Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanıngünəş enerjisi üzrə texniki potensialı 23 min MVt olaraqqiymətləndirilir. Ölkədə illik günəş saatlarının sayı 2400-3200saatdır ki, bu da beynəlxalq standartlara uyğundur. İllik günəşradiasiyası 1500-2000 kWt/kv.m arasında dəyişir. Günəş enerjisinininkişafı üçün ən əlverişli şərait mərkəzi çayların vadilərində,eləcə də ölkənin şimalında və şimal-qərbində mövcuddur.

Külək enerjisi də perspektivli bir istiqamətdir. EnergetikaNazirliyinin qiymətləndirmələrinə görə, külək enerjisinin texnikipotensialı təxminən 3000 MVt, bunun 800 MVt-ı isə iqtisadi cəhətdənsərfəlidir. Bu potensialın reallaşdırılması 2,4 TWh elektrikenerjisinin istehsalına və təxminən 1 milyon ton ənənəvi yanacağınqənaətinə imkan verəcək, bu da CO2 emissiyalarının azaldılmasınasəbəb olacaq. Azərbaycan Enerji Tədqiqatları İnstitutu iləYaponiyanın Tomen şirkəti tərəfindən aparılan tədqiqatlar göstəribki, Abşeronda illik orta külək sürəti 7,9-8,1 m/s-dir. Ümumilikdə,ölkə üzrə orta külək sürəti 6 m/s-yə çatır ki, bu da küləkenergetikasının inkişafı üçün əhəmiyyətli potensial olduğunutəsdiqləyir.

Hidroenergetika Azərbaycanda bərpa olunan enerjinin ən böyükmənbəyidir, lakin onun potensialı hələ də tam istifadə olunmayıb.Energetika Nazirliyinin məlumatına görə, kiçik hidroelektrikstansiyalarının potensialı 520 MVt-dır ki, bu da ildə 3,2 TWhelektrik enerjisinin istehsalına imkan verəcək.

Maliyyə dəstəyindən əlavə, ölkə “yaşıl” enerji sahəsində liderolan inkişaf etmiş dövlətlərdən texnologiya transferindən dəyararlana biləcək. Bu texnologiya transferi yalnız alternativenerjinin yüksək texnologiyalı avadanlıqlarının təmir və xidmətinintəşkilinə kömək etməyəcək, eyni zamanda xarici şirkətlərlə birgəistehsalın yaradılmasına səbəb olacaq.

COP29, Azərbaycanla “yaşıl” enerji sahəsində lider ölkələr vəmərkəzlərlə əməkdaşlığın dərinləşməsinə kömək edəcək, bu da ölkədəixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsil müəssisələrininvə proqramların yaradılmasına imkan verəcək. Bu, yerli kadrlarınpeşəkarlığının artırılmasına və innovativ texnologiyaların tətbiqivə inkişafı üçün peşəkar bazanın yaradılmasına səbəb olacaq.

“Yaşıl” gündəliyin həyata keçirilməsi, maliyyə dəstəyi vətexnologiya transferi yerli ekspertlərin yaranmasına və yeni işyerlərinin yaradılmasına gətirib çıxaracaq ki, bu da ölkəiqtisadiyyatına müsbət təsir göstərəcək. “Yaşıl” energetikanıntəşviqi bütün ölçülü bizneslər üçün yeni imkanlar yaradacaq,xərclərin optimallaşdırılması və müxtəlif iqtisadi sektorlardagəlirliliyin artırılmasına kömək edəcək.

Məqalədə:
Seçilən
11
3
az.trend.az

4Mənbələr