AZ

Bakı COP29-a yüksək səviyyədə hazırdır – “La Gazette du Caucase”

Bakı. Trend:

Bakı COP29-a yüksək hazırlıq səviyyəsi nümayiş etdirir.

Trend xəbər verir ki, bubarədə Fransanın “La Gazettedu Caucase” internet-nəşrinin 11- 22 noyabr tarixlərində Bakışəhərində baş tutacaq BMT-nin COP29 iqlim sammitinə hazırlıq üzrədərc etdiyi məqalədədeyilir.

“COP29 11- 22 noyabr tarixlərində Bakı şəhərində baş tutacaq.Tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunda tikinti vəquraşdırma işləri, demək olar ki, başa çatıb və obyektin vaxtındaBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC)təhvil verilməsi planlaşdırılır. Sammitin ilk günlərindəkeçiriləcək dünya liderlərinin görüşü də plan üzrə təşkilediləcək”, - məqalədə deyilir,

Müəlliflər xatırladıblar ki, 2023-cü il dekabrın 11-də COP28plenar iclasında Azərbaycanın digər Şərqi Avropa ölkələrinindəstəyi ilə COP29-a ev sahibliyi etməsi qərara alınıb.

Azərbaycanın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elanetməsi məqalədə xüsusi vurğulanır. Konfransda dünyanın müxtəlifölkələrindən yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin dədaxil olduğu minlərlə qonağın Bakıya gəlməsi gözlənilir.

COP29-un sədrliyi iki əsas prinsipə - iddiaların artırılması vəfəaliyyətin təşviqinə əsaslanır. Birinci prinsip milli planlarıniddialılığını və şəffaflığı vurğulayır, ikinci isə maliyyələşməninəhəmiyyətini, emissiyaların azaldılması, iqlim dəyişikliyinəuyğunlaşma və itkilərin azaldılması üçün konkret tədbirlərin həyatakeçirilməsini önə çəkir.

Məqalədə qeyd edilib ki, bu məqsədləri dəstəkləmək üçünAzərbaycan 1 milyard dollar həcmində İqlim Maliyyələşdirməsi üzrəFəaliyyət Fondu yaratdığını elan edib. Fond qalıq yanacaq istehsaledən ölkələrin və şirkətlərin töhfələri hesabına formalaşacaq,Azərbaycan isə təsisçilərdən biri olacaq. Fondun yarısının inkişafetməkdə olan ölkələrdə iqlim layihələrinə, təmiz enerjitexnologiyalarının tətbiqinə və iqlim dəyişikliyinə qarşı həssasqruplara daxil olan əhali üçün dayanıqlığın artırılmasına sərfedilməsi planlaşdırılır.

“La Gazette du Caucase”də qeyd olunub ki, sədrlik COP29-da "COPTruce” - qlobal sülhün, dialoqun və barışığın təşviqinə yönəlmişbarışıq çağırışı təşəbbüsü ilə də çıxış edib.

"Bakı 2015-ci il Paris Sazişi üzrə istixana qazı tullantılarının2030-ci ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasınayönəlmiş öhdəliklərini təsdiqləyib. 2016-cı ilin aprelində Parissazişini imzalayan Azərbaycan İqlim Dəyişikliyi sahəsində onunqanuni məcburi çərçivəsinə əməl etməyi öhdəsinə götürüb", -məqalənin yekununda deyilib.

Məqalədə:
Seçilən
4
6
az.trend.az

7Mənbələr