AZ

Türkiyənin neçə PUA-sı var?

Türkiyədə pilotsuz uçuş aparatlarının (PUA) sayı 68 min 647, PUA pilotlarının sayı isə 1 milyon 536 minə çatıb.

Olaylar bildirir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sentyabr ayında Türkiyədə pilotsuz uçuş aparatlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.5% artıb.

Hər il təxminən 5 mindən 8 minə qədər yeni PUA-nın qeydiyyata alındığını vurğulayan nazir Uraloğlu dronların kənd təsərrüfatı, foto, kino, xəritəçəkmə, nəqliyyat, təhlükəsizlik, gəmiçilik və sağlamlıq kimi müxtəlif sektorlarda istifadəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
3
olaylar.az

4Mənbələr