AZ

Uçot dərəcəsi ilə bağlı qərar veriləcək

Azərbaycan Mərkəzi Bankının (AMB) 30 oktyabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan uçot dərəcəsi ilə bağlı mətbuat konfransının vaxtı dəyişib.

 

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi ilə AMB-nin nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı ilə əlaqədar İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə mətbuat konfransı 1 noyabr 2024-cü il saat 11:00-da keçiriləcək. Müvafiq qərar 1 noyabr 2024-cü ildə saat 10:00-da ictimaiyyətə açıqlanacaq.

Tarix: 21 Oktyabr 2024, 12:37   
Seçilən
3
6
pravda.az

8Mənbələr