AZ

Penisilinin kəşfindən əvvəlki dövrə qayıdış: Milyonlarla insan öləcək

Alimlər antibiotiklərin effektivliyinin sürətlə azaldığını bildiriblər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bild” qəzeti yazır. İnfeksion Müalicə Cəmiyyətinin prezidenti Mattias Ploetz bu barədə deyib:

“Biz yenidən müasir tibbin nailiyyətlərini itiririk və penisilinin kəşfindən əvvəlki dövrə qayıdırıq”.

Məqalənin müəllifləri antibiotiklərin effektivliyinin azalmasının iki əsas səbəbini qeyd ediblər: 1.Hətta tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün antibiotiklərin nəzarətsiz istehlakı; 2.COVID-19 pandemiyasından sonra turist səfərlərinin sayının artması. Antibiotiklərin çox vaxt nəzarətsiz təyin olunduğu, bəzən onlara ehtiyac olmadığı qeyd edilir. Nəticədə, antibiotiklərə davamlı mikroorqanizmlər 2050-ci ilə qədər on milyonlarla insanı təsir edə biləcək infeksiyalara səbəb ola bilər.

Seçilən
0
4
cebheinfo.az

6Mənbələr