AZ

“PMD Hospitality”dən “TABIA Group”a - “Yenilənən qonaqpərvərlik təcrübələri”

“TABIA Group” oktyabrın 18-i uzun müddətdir gözlənilən rəsmi açılışını qeyd edib. Bununla da artıq “PMD Hospitality”nin qonaqpərvərliyin gələcəyini yenidən müəyyənləşdirməyi hədəfləyən bir brendə çevrilməsini bəyan edib.

Yeni brend qonaqpərvərlik sahəsində gələcək təcrübələri yenidən formalaşdırmağı və yeni standartlar müəyyən etməyi hədəfləyir. 

Tədbirdə sənaye liderləri, media nümayəndələri və hörmətli qonaqlar iştirak edərək, “TABIA”nın yeni brend kimliyi, ilhamverən missiyası, vizyonu və strateji hədəfləri ilə tanış olublar.

Bu rebrendinq “TABIA Group”un yeni və həyəcanverici bir dövrünə başlanğıc kimi qiymətləndirilir.

Brendin geniş portfeli sağlamlıq hotelləri, şəhər otellərindən ibarətdir və bu məkanlarda qonaqlara müstəsna qonaqpərvərlik təcrübələri təqdim olunur. 

“TABIA Group”un baş direktoru Uygar Koçaş bu transformasiyanın əhəmiyyətini vurğulayıb və bildirib ki, “TABIA”nın rebrendinqi şirkətin tarixində mühüm bir dönüş nöqtəsidir: “Bu yenilik bizim qonaqpərvərliyə olan həvəsimizi və qonaqlarla olan hər təcrübədə sağlamlığı əsas tutaraq yaratdığımız mühitə olan davamlı diqqətimizi əks etdirir. Missiyamız fərdə yönəlik sağlamlıq və istirahət təcrübələri ilə gözləntiləri aşmaqdır, vizyonumuz isə “TABIA”nı həm yerli, həm də beynəlxalq səviyyədə lider etməkdir”.

“TABIA Group”un vizyonunun əsasında özünəxas mədəni təcrübələri müasir rahatlıq və sağlamlıq anlayışları ilə birləşdirərək, qonaqpərvərlik sənayesində yeni standartlar yaratmaq məqsədini daşıyır. 

Brendin əsas hədəfi isə Azərbaycanın qonaqpərvərlik ənənələrini qlobal səviyyədə tanıtmaq və turizm sahəsində mükəmməllik nümunəsi kimi tanınmaqdır.

Tədbirdə iştirak edən qonaqlar “TABIA Group”un yaxın zamanda istifadəyə veriləcək  yeni layihələri “Hilton Garden Inn Baku”, “Ağdam City Hotel” və “The Central Point Hotel Baku” hotelləri, həmçinin sağlamlıq sahəsində transformativ bir təcrübə təqdim edən “YENEE” ilə tanış olub.

Bu yeni məhsul, müasir tibbi metodologiyalarla birlikdə fərdiləşdirilmiş qidalanma proqramlarını və ixtisaslaşmış müalicələri bir araya gətirərək, müştərilərinin fiziki, psixoloji və emosional sağlamlığını ön plana çıxarır.

Bundan əlavə, “TABIA Group” qonaqlarına yenilənmiş, istifadəsi asan və müasir dizaynlı veb-saytını təqdim edib. 

Bu veb-sayt qonaqlara sağlamlıq, şəhər otelləri və kurort təcrübələri haqqında rahat məlumat əldə etmək və asan rezervasiya imkanı yaradır.

Tədbirdə həmçinin “TABIA”nın qonaqpərvərlik vizyonunu və onun unikal təkliflərini vizual olaraq təqdim edən təsirli reklam çarxının təqdimatı keçirilib.

“TABIA Group” və onun gələcək layihələri haqqında daha ətraflı məlumat üçün https://tabia.az/ saytını ziyarət edə bilərsiniz.










Seçilən
1
10
qafqazinfo.az

10Mənbələr