AZ

Aİ Rusiyaya qarşı sanksiyaların yeni mərhələsi üçün yanvarı gözləyir -“Politico”

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalarla bağlı müzakirələri yanvarda bərpa etməyi planlaşdırır. Bu fikirlər "Politico"da dərc olunan məqalədəndir. Nəşr yazıb ki, məhz o zaman Moskvanın Aİ-dəki ən yaxın müttəfiqi olan Macarıstan ittifaqda  sədrliyini başa vuracaq və onun yerini Ukraynanın ən güclü tərəfdarlarından biri olan Polşa tutacaq.

“Varşava altı aylıq rəhbərlik dönəmindən Kremlin ən mühüm gəlir mənbələrindən biri olan yanacağın Avropaya daxil olmasına qarşı tədbirləri sərtləşdirmək üçün istifadə etmək istədiyini artıq açıq şəkildə bildirib”, - sayt yazıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
16
50
news365.az

10Mənbələr