AZ

Gürcüstanda mitinq keçirilir – Zurabişvili də iştirak edir

Tbilisidə müxalifət, qeyri-hökumət, eləcə də vətəndaş cəmiyyəti təşkilatları parlament seçkilərinə 6 gün qalmış“Gürcüstan Avropa İttifaqını seçir” adlı mitinq keçirir.

KONKRET.az bu barədə “Sputnik Gürcüstan”a istinadən xəbər verir.

Onlar yürüş edərək Azadlıq meydanına toplaşıb. Aksiya iştirakçıları Gürcüstanın və Aİ-nin himnini səsləndiriblər.

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətin mitinqində iştirak edir.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.//Qafqazinfo

Seçilən
0
26
konkret.az

10Mənbələr