AZ

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Döyüş sursatlarının məhv edilməsi prosesi oktyabrın 21-dən 25-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.

Seçilən
2
49
yeniazerbaycan.com

10Mənbələr