AZ

Deputat: "Zəngilan rayonu özünün yeni inkişaf dövrünü yaşayır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuşdu. Amma 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz tərəfindən düşmənlərdən azad edildi. Azərbaycan Ordusu 44 günün hər birində yeni bir qəhrəmanlıq səhifəsi yazdı. Rayon və kəndlərimiz hər gün işğaldan azad olunurdu. O cümlədən Zəngilanın da 20 oktyabrda işğaldan azad olunması ilə bağlı xoşbəxt xəbərə sevindik".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O, Ermənistanlm Zəngilanı işğal altında saxladığı illərdə rayonun bütün infrastrukturunu talayıb dağıtdığını xatırladıb: "Amma Zəngilan işğaldan azad olunduğu 4 ildə yenidən qurularaq bərpa olunur və zəngilanlılar mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Zəngilan rayonu logistik ərazidə yerləşdiyindən strateji əhəmiyyətə malikdir. Bu baxımdan inşa olunan Zəngilan-Horadiz-Ağbənd dəmir yolu, Zəngilan Beynəlxalq Hava Limanı və müasir avtomobil yolları həm Zəngilan əhalisinin firavan yaşamasına, həm də Naxçıvana və Türkiyəyə qədər quru yolumuzun uzanmasına imkan yaradacaq. Zəngilan rayonunun azad olunması İranla dövlət sərhədimizin tam şəkildə bərpa olunmasına yol açdı.
Bu gün Zəngilan rayonu özünün yeni inkişaf dövrünü yaşayır. Dövlət başçımız Zəngilana azad olunduğu 4 ildə 12 dəfə səfər edib. Prezident İlham Əliyevin Zəngilana hər səfəri yeni layihələrin təməlqoyması və başa çatmış layihələrin açılışları ilə yadda qalıb. Zəngilanda inşa olunan "ağıllı kənd" layihəsi olan Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bu kəndə qayıdan sakinlər müasir infrastruktur yaradılan kənddə yaşayırlar və onlar yeni peşələrə yiyələnərək işlə təmin edilirlər. Zəngilanda yaradılmış "Dostluq" aqroparkı zəngilanlılar üçün iş yerləri olmaqla yanaşı, ölkənin aqrar məhsullarla təminatında vacib yer tutacaq. Ümumiyyətlə Zəngilan rayonu yeraltı və yerüstü sərvətlərlə zəngindir. O cümlədən, bu rayonun yaşıl enerji potensialı böyükdür. Rayonun şəhər və kəndləri yenidən qurulduqca iqtisadi potensialının reallaşmasına və ölkə iqtisadiyyatına reinteqrasiyası prosesinin sürətlənməsinə töhfə verilir", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
Seçilən
19
33
oxu.az

10Mənbələr