AZ

İsrail Hərbi Hava Qüvvələri Beyrut ətrafında yerləşən xəstəxananın yaxınlığında zərbələr endirib

İsrail aviasiyası Beyrutun cənub ətraflarında Bəhman xəstəxanasının yaxınlığındakı Haret Hreik məhəlləsinə iki zərbə endirib.

Bu barədə Livanın NNA agentliyi məlumat yayıb .

“Düşmən təyyarələri Beyrutun cənub ətrafına iki hava hücumu həyata keçirib. Zərbələrdən biri Haret Hreikdəki Baxman xəstəxanasının yanındakı yaşayış binasına dəyib”, – materialda deyilir.

Daha əvvəl Pentaqon bildirmişdi ki,  Birləşmiş Ştatlar İsrailin Livana endirdiyi zərbələrin intensivliyinin azalacağını gözləyir.

Mənbə NNA

Seçilən
30
50
dogru.az

10Mənbələr