AZ

Şəkidə “Xan yaylağı”na qar yağıb - FOTO

Bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti nəhayət ki, qışın rəmzi olan qar yağması ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dörd gündür Şimal-Qərb bölgəsində davam edən qeyri-sabit hava şəraiti nəhayət ki, bu gün öz sərt üzünü, qışın gəlişini müjdələyib.

Belə ki, səhər saatlarından çiskinli-dumanlı hava bir qədər mülayimləşib və Böyük Qafqaz dağlarının zirvələri müşahidə ediliməyə başlayıb.

Ölkəmizin əsas turizm mərkəzlərindən olan Şəkinin dağlıq ərazilərinə yağan qarı artıq müşahidə etmək mümkündür. Şimaldan gələn soyuq hava kütləsi nəticəsində “Xan yaylağı”na bu gecə qar yağıb. 
 

Yeri gəlmişkən, gecə saatlarında bölgənin yüksək dağlıq ərazilərində havanın temperaturu 3-5, dağətəyi yaşayış məntəqələrində 6-8 dərəcə arasında dəyişib. 


Hazırda bölgə rayonlarında sabit hava şəraiti hökm sürür. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
2
38
bizim.media

10Mənbələr