AZ

Milli Qəhrəmanın oğlu nişanlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli Qəhrəman, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev nişanlanıb.
Oxu.Az xəbər verir ki, E.Mirzəyev Ülkər Abdullazadə adlı xanımla nişanlanıb.
Xatırladaq ki, 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir. İ.Mirzəyev II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qalıb.
Seçilən
7
3
oxu.az

10Mənbələr