AZ

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirildi

Bakının Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Korrespondent.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda vurğulanıb.

Seçilən
1
49
korrespondent.az

10Mənbələr