AZ

“Barselona”nın qapıçısı bərpa məşqlərinə başlayıb

İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen diz qapağı vətərinin ciddi zədələnməsindən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniya çempionatının 6-cı turunda “Vilyarreal”la qarşılaşmada (1:5) zədələnən 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
0
5
futbolinfo.az

6Mənbələr