AZ

Dünya çempionu müharibədə ÖLDÜ - FOTO

Dırmanma üzrə dünya çempionu Maksim Petrenko Ukrayna müharibəsində ölüb.

Bu barədə Ukrayna Milli Olimpiya Komitəsi məlumat yayıb.

Sabiq idmançının Ukraynanın Donetsk vilayətinin Toretsk şəhəri uğrunda gedən döyüşlərdə öldüyü bildirilir.

Maksim Petrenko iki dəfə gənclər arasında dırmanma üzrə dünya çempionatında qızıl medal qazanıb. Böyüklər səviyyəsində onun ən yüksək nailiyyəti 1999-cu ildə Birmingemdə keçirilən Dünya Çempionatında bürünc olub. (redaktor.az)

Seçilən
0
5
musavat.com

6Mənbələr