AZ

Naxçıvan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsi olacaq

Naxçıvan və Türkiyə arasında elektrik enerjisinin mübadiləsi olacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müavini Tural Murtuzəliyev deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı müəyyən işlər görülür.

"Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında elektrik enerjisi mübadiləsi imkanlarına dair zəruri araşdırmaların aparılması məqsədilə Azərbaycan Respublikası energetika nazirinin 2021-ci il 3 avqust tarixli əmri ilə yaradılmış işçi qrupla Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri arasında da müxtəlif vaxtlarda görüşlər keçirilib. Türkiyə Respublikası və Naxçıvan Muxtar Respublikası tərəfində olan ötürücü və paylayıcı yarımstansiyalar, elektrik verilişi xətlərinin mövcud vəziyyəti, sayğacların yerləşmə nöqtələri, rele-mühafizə sistemlərinin tətbiq sahələri, TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq "Əməliyyat müqaviləsi"nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb.

"Əməliyyat müqaviləsi"nin yaxın zamanlarda imzalanması planlaşdırılır.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib",- deyə T.Murtuzəliyev qeyd edib.

Milli.Az

Seçilən
1
13
milli.az

10Mənbələr