AZ

İntihar edən hərbçimizin FOTOSU

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Gözəlov intihar edib.
Modern.az-ın məlumatına görə, intihar edən hərbçimiz Bakı şəhərindəndir.
O, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayırdı.
Novruz Gözəlov ailədə iki qardaşın böyüyü olub. 18 yaşlı gəncin bir neçə ay öncə hərbi xidmətə yollandığı bildirilir.
Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
İntihar edən hərbçimizin fotosunu təqdim edirik:
Seçilən
22
20
oxu.az

10Mənbələr