AZ

Qızılın qiyməti tezliklə 3 min dollar olacaq - PROQNOZ

Qızılın qiymətinin 3 min dollar olması ehtimalı güclənib.

Turkustan.az xəbər verir ki, son 10 gündə qızılın bir troya unsiyasının (31,1 qram) qiymətinin 100 dollardan çox artması qızılın dəyərinin daha da artacağına dair gözləntiləri yüksəldib.

ABŞ-nin və dünyanın ən böyük investisiya banklarından olan “Bank of America”nın analitikləri hesab edir ki, 3 min dollar ehtimalı reallığa çevrilə bilər.

Bank mütəxəsislərinin fikrincə, indi qızıl qədər azriskli investisiya aləti yoxdur. Hazırda mərkəzi banklar, iri maliyyə fondları, hətta imkanlı şəxslər belə qızıla investisiya edirlər. Bu hal qızıla tələbi artırır ki, bununla da nəcib metalın dəyəri yüksəlir.

Hazırda xalis qızılın bir troya unsiyasının dəyəri 2 730 dollardır. Analitiklər deyirlər ki, qızıl mərkəzi banklar üçün ən cəlbedici “təhlükəsiz sığınacağ”a çevrilib. Qızılın bu xüsusiyyəti ona mərkəzi banklar tərəfindən daha çox sərmayə qoymağa təşviq edir.

“Bank of America”nın şərhinə görə, ABŞ-nin borcunun artmağa davam etməsi də qızılın cəlbediciliyini artırır. Bankın analitikləri bildirir ki, ABŞ dövlətinin daha çox borc almağa davam etməsi federal büdcədən faizlər üçün daha çox ödənişlərin edilməsini tələb edir. Bununla ABŞ iqtisadiyyatının borc yükü artır ki, bu da investorları Amerikaya borc verməkdə bir qədər ehtiyatlı davranmağa məcbur edə bilər. Analitiklərə görə, ABŞ-nin borc yükünün artmasının yaratdığı narahatçılıq da qızılın cəlbediciliyini artırır. /sfera.az/

Seçilən
3
1
turkustan.az

2Mənbələr