AZ

COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib YENİLƏNİB - 2

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak ediblər. Onlar Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylanılması prosesini izləyiblər.

COP29 konfransının təşkilinə cəlb edilən işçi qüvvə, könüllülər, podratçı şirkətin nümayəndələri də daxil olmaqla ümumilikdə 10 min nəfərə yaxın əməkdaşa xidmət göstərəcək mərkəz təyinata uyğun uniformaların və COP29 konfrans məkanı olan Bakı Stadionuna giriş imkanını əldə etmək üçün akkreditasiyaların səmərəli və sistemləşdirilmiş şəkildə təhvil-təslimini icra etməyə imkan yaradacaq.

Qeyd edək ki, COP29 işçi qüvvəsinin istifadəsi üçün nəzərdə tutulan uniforma geyimləri dayanıqlılıq prinsiplərinə uyğun, geyim dəstləri və onun müxtəlif elementləri ekoloji cəhətdən təmiz, təkrar emal edilə bilən materiallardan hazırlanıb. COP29 tədbir əməliyyatlarının xalis sıfır emissiya prinsipinə müvafiq olaraq uniformalar yerli tərəfdaş tərəfindən təmin olunub.

Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzi həftənin 6 günü, saat 10:00-18:00-a qədər xidmət göstərəcək.

Açılış mərasimində, həmçinin COP29 Prezidentliyinə akkreditasiya kartı təqdim olunub.

Seçilən
1
10
azertag.az

10Mənbələr