AZ

Bu gün iki görüş baş tutacaq: Premyer Liqa

Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
Manset.az xəbər verir ki, əvvəlcə "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var. "Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir. Azərbaycan Premyer Liqası II dövrə, X tur 19 oktyabr 15:30. “Şamaxı” – “Araz-Naxçıvan” Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu. 18:00. “Neftçi” – “Səbail” Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi Arena”.

Qeyd edək ki, turun ötən gün baş tutan "Kəpəz" - "Qarabağ" görüşündə Ağdam təmsilçisi böyükhesablı qələbə qazanıb - 5:0.

Seçilən
2
22
manset.az

10Mənbələr