AZ

Bundesliqa: "Borussiya" "Sankt-Pauli" üzərində qələbə qazandı

Almaniya Bundesliqasının 7-ci turunda "Borussiya" (Dortmund) ilə Hamburqun "Sankt-Pauli" komandaları qarşılaşıb.

seher.media xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı heç-heçəsi ilə yekunlaşıb.

Matçın ilk qolu 43-cü dəqiqədə vurulub. "Borussiya"nın əlcəzairli müdafiəçisi Rami Bensebaini fərqlənib. 78-ci dəqiqədə "Sankt-Pauli"nin isveçli futbolçusu Erik Smit hesabı bərabərləşdirib. Dortmundlulara qələbəni 83-cü dəqiqədə hücumçu Seru Qirassinin qolu qazandırıb.

Bu qələbədən sonra "Borussiya" 13 xal toplayıb. Komanda cədvəldə dördüncü pilləyə yüksəlib. "Sankt-Pauli" dörd xalla 16-cı yerdədir.

Seçilən
46
1
seher.media

10Mənbələr