AZ

Çiçək özünü ağacdan asdı - Lətifovlar ailəsində faciə

Şəkidə məktəbli intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında rayonun Orta Zəyzid kəndində baş verib.

Kənd sakini, 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının tutacağından asılı vəziyyətdə aşkar edilib.

İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Seçilən
7
4
teleqraf.com

10Mənbələr