AZ

Gəncədə yaşayış binasında dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var - YENİLƏNDİ

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

08:31

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar

Faktla bağlı araşdırma aparılır./Report

Seçilən
0
24
yenigundem.az

10Mənbələr