AZ

"Qarabağ"dan "Kəpəz"ə 5 cavabsız qol

Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"i məğlub edib.

Teleqraf.com xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub.

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.


Müəllif: Teleqraf.com
Seçilən
4
11
teleqraf.com

10Mənbələr