AZ

Arzu edirəm ki, bir gün bələdiyyələrin yoxa çıxması qanununu qəbul edək - Deputat

Bələdəiyyələr həm vətəndaşlar üçün, həm də dövlət üçün yükə çevrilib. Bunu deputat Qüdrət Həsənquliyev deyib.
 
"Bələdiyyələr həm vətəndaşlar üçün, həm də dövlət üçün yükdür. Hazırda bunun sayının azaldılması məsələsi var. Mən arzu edirəm ki, bir gün bu sayın 1-ə endiriməsi qanunu daxil olsun və bir də yoxa çıxsın. Bələdiyyələr yerli idarəetmə orqan kimi özünü doğrultmadı”, - deputat oktyabrın 18-də Milli Məclisdə Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirərkən deyib.
 
Deputat Siyavuş Novruzov Qüdrət Həsənquliyevə cavab olaraq söyləyib ki, bələdiyyələrin tamamilə ləğv edilməsi mümkün deyil. Çünki vətəndaşla yerli icra orqan arasında münasibətləri və qərarları tənzimləyir.
 
Azərbaycanda dekabrda növbəti bələdiyyə seçkiləri keçiriləcək.
 
Hazırda ölkə ərazisində 1606 bələdiyyə fəaliyyət göstərir.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
4
12
anews.az

10Mənbələr