AZ

Ukrayna NATO-nun üzvü olacaq - Baş katib söz verib

Ukrayna NATO-nun 33-cü və ya 34-cü üzvü olacaq, bunu alyansın baş katibi Mark Rütte bildirib.


"Hal-hazırda görünür ki, Ukrayna 33-cü üzv olacaq. Amma ola bilsin ki, ondan əvvəl kimsə qabağa düşsün. Amma Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq. Bu, Vaşinqtonda qərara alınıb. Buna görə də, hazırda söhbət xronologiyadan gedir," -  Rütte Brüsseldə Şimali Atlantika Alyansının müdafiə nazirlərinin görüşündə bildirib.


Onun sözlərinə görə, müttəfiqlər hazırda Ukraynanın üzvlüyə yolunu açan səylərə diqqət yetirirlər.


"Odur ki, əgər konkret bir 'nə zaman?' sualı varsa, hazırda buna cavab verə bilmərəm. Amma biz bu istiqamətlərdə çalışırıq ki, bir gün onlar həqiqətən NATO-nun üzvü olsunlar," -  Rütte əlavə edib.


Bu arada, Times qəzeti yazıb ki, NATO Ukraynaya qoşun göndərmək istəməyəcək. Nəşrin yazdığına görə, əgər "onları Rusiya qoşunları öldürsə," Böyük Britaniya kimi ölkələr sürətlə müharibəyə cəlb oluna bilər və bu da regionu Üçüncü Dünya Müharibəsinə yaxınlaşdırar.

 

N.Təbrizli


www.anews.az
Seçilən
3
anews.az

1Mənbələr