AZ

Rusiya KXDR hərbçilərindən ibarət "Buryatiya taboru" yaradıb

 
"KXDR hərbçiləri Rusiyanın 11-ci əlahiddə desant-həmlə briqadasının bazasında xidmət edir, bu taborda 3 min nəfər hərbçi var..."
 
Rusiya ordusu KXDR vətəndaşlarından ibarət "xüsusi Buryatiya taboru" yaradıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat verib.
 
Məlumatda deyilir ki, Şimali Koreyadan olan 18 hərbçi Rusiyanın Bryansk və Kursk vilayətləri ilə sərhəddəki mövqelərdən artıq qaçıb. Bu Ukrayna ilə dövlət sərhəddindən 7 km aralıda baş verib. 
 
Şimali Koreya hərbçilərinin qaçışının səbəbləri hələlik məlum deyil, Rusiya ordusu onları axtarmağa başlayıb.
 
Eyni zamanda qeyd edilir ki, KXDR hərbçiləri Rusiyanın 11-ci əlahiddə desant-həmlə briqadasının bazasında xidmət edib. Bu taborda təxminən 3 min nəfər xidmət edir. 
 
"Hazırda Rusiya yeni yaradılmış taborun hərbçilərini atıcı silahlar və döyüş sursatları ilə təmin edir. Güman edilir ki, onlar Suca və Kursk yaxınlığında döyüş tapşırıqlarının icrasına cəlb edilə bilər", - məlumatda deyilir. 
 
Ukraynada KXDR hərbçiləri - bəlli olanlar
 
Bundan öncə "Defence Express" nəşrinin baş redaktoru Oleq Katkov bəyan edib ki, Şimali Koreya ordusunun sayı haqqında hələlik məlumat azdır.
 
O əlavə edib ki, əgər KXDR Rusiyanın Ukraynaya qarşı müharibəsinə öz qoşunlarını göndərirsə, bu zaman ən yaxşı hazırlıqlı bölmələrdən ekspedisiya korpusu yaradılır.
 
Eyni zamanda hərbi ekspert Pavel Narojnı hesab edir ki, Şimali Koreya Rusiyaya dəstək göstərilməsi üçün minlərlə adam göndərə bilər. Onun sözlərinə görə, bu ölkədə insanlar doğulandan müharibəyə hazırlıq üçün məşq etdirilir.
Seçilən
15
45
moderator.az

10Mənbələr