AZ

Bu gecə bank kartları işləməyəcək

Bu gecə 01:00-dan 07:00-a qədər “Azericard” prosessinq mərkəzində təkmilləşdirmə işləri aparılacaq. 

Avtosfer.az “Operativ Media”ya istinadən xəbər verir ki, qeyd edilən müddət ərzində 15-ə yaxın bankın kartında əməliyyatlar zamanı məhdudiyyətlər yarana bilər. 

Qeyd edək ki, “Azericard”ın tərəfdaşları siyahısına ABB, Pasha Bank, Xalq Bank, Bank Respublika, Yelo Bank, Rabitə Bank və başqa banklar daxildir.

Seçilən
8
49
avtosfer.az

10Mənbələr