AZ

Bir depozit, bir ağac: “Birbank”la yaşıl dünyaya öz töhfəni ver

Ölkənin ilk rəqəmsal bankı “Birbank” “Yaşıl dünya naminə həmrəylik ili”ndə “Yaşıl depozit” kampaniyasını təqdim edir.

Kampaniya çərçivəsində oktyabr ayının sonunadək “Birbank” tətbiqində depozit yerləşdirən hər kəs qazanc əldə etməklə yanaşı, təbiətə də töhfə vermiş olacaq.

Belə ki, rəqəmsal depoziti seçən 18 yaşına çatan hər bir müştərinin adına bir ağac əkiləcək. Bundan əlavə həmin müştərilərə bu xoş addım üçün elektron sertifikat təqdim ediləcək. Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kampaniyanın keçirilməsində məqsəd təbiəti qorumaq və yaşıl dünya naminə yeni başlanğıclara imza atmaqdır. “Yaşıl depozit”i seçən müştərilər həm rəqəmsal bankçılığın üstünlüklərindən faydalana, həm də gələcək nəsillərə daha yaşıl dünya miras qoya bilərlər.

Xatırladaq ki, kampaniyaya qoşulmaq üçün depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə depozit yerləşdirmək kifayətdir. Kampaniya 31 oktyabr tarixinədək keçərlidir. Ətraflı məlumat üçün: https://b-b.az/ydd

“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz.

“Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.

Seçilən
15
26
dogru.az

10Mənbələr