AZ

"Xalq Bank"ın depozit portfeli 240 mln. manatdan çox azalıb - Hesabat

"Xalq Bank” 2024-cü ilin III rübünü 54 milyon manat xalis mənfəətlə bitirib.

"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrünə nisbətən 0,6% çoxdur.

Hesabat dövründə bankın faiz gəlirləri 17% artaraq 136,4 milyon manata, faiz xərcləri isə illik 54% artaraq 36,3 milyon manata çatıb. Bankın xalis faiz gəlirləri isə 93,1 milyon manatdan 100,2 milyon manata yüksəlib.

Bu ilin ilk doqquz ayında “Xalq Bank”ın qeyri-faiz gəlirləri əsasən haqq və komissiya gəlirləri və xarici valyutadan gəlirlər hesabına 32,1 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 57% çoxdur. Bununla belə, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib və 24,7% artaraq 68,5 milyon manata çatıb.

Bankın əməliyyat mənfəəti isə 58,7 milyon manatdan 63,8 milyon manata kimi artıb.

Bununla belə, bank bu il 140 milyon manat həcmində kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 4,5% azalaraq 2 milyard 942,4 milyon manata enib. Bankın xalis kreditləri 182,7 milyon manatdan 193 milyon manata yüksəlib. Depozit portfeli isə əksinə ilin əvvəlindən III rübün sonuna qədər 240,3 milyon manat azalma müşahidə edilib. Belə ki, bankın əmanət portfeli 2 milyard 220,9 milyon manatdan 1 milyard 980 milyon manata enib. Ümumilikdə "Xalq Bank"ın cəmi öhdəlikləri 10,8% azalaraq 2 milyard 442 milyon manata enib. Bankın cəmi kapitalı isə 0,8% azalaraq 500,4 milyon manat təşkil edib.

Seçilən
15
4
apa.az

7Mənbələr