AZ

Rusiyanın Azərbaycana qida təhlükəsizliyi ilə bağlı yanaşmaları açıqlandı

Image

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyini, keyfiyyətini müzakirə edib, qida təhlükəsizliyinin təmin edilməsinə Rusiyanın elmi, praktiki yanaşmaları təqdim olunub.

Bu barədə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin Mətbuat xidməti məlumat yayıb. "Dəyirmi masa zamanı İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün Rusiyanın elmi və praktik yanaşmalarını təqdim etdi. Əsas mövzular: çirkləndirici maddələrin və pestisidlərin qalıqlarına nəzarət, antimikrobiyal müqavimətin yayılmasının qarşısını almaq və laboratoriya tədqiqatları aparmaqdır", - məlumatda deyilir.

Mətləb





Seçilən
10
18
baki-xeber.com

10Mənbələr