AZ

Çörək növbələri, qətliamlar, inamsızlıq: Ermənistan-Azərbaycan münaqişəsinin uzun tarixi

Məqalə barədə məlumatMüəllif, Könül XəlilovaVəzifə, BBC News Azərbaycanca

Qida, dərman, yanacaq qıtlığına rəğmən Qarabağdakı ermənilər Azərbaycan hökumətinin ayırdığı un yardımını qəbul etmir. Bəs, nə üçün? Bölgənin münaqişələrlə zəngin tarixinə on illərlə şahidlik etmiş BBC Azərbaycancanın rəhbəri Könül Xəlilova yazır:

İnsanların çörək növbələrində aclıqdan huşunu itirməsiylə bağlı xəbərləri oxuyarkən, yadıma 90-cı illərin əvvəli düşür. Atam bütün gecəni çörək növbəsində gözləyər, səhər saat 5-də evə əliboş qayıdardı, çünki qıt olan çörək satılıb qurtarırdı.

O vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində, mən isə məktəbin son illərində idim. Balakən rayonunda yüzlərlə insan küçələrə axışaraq, Sovet İttifaqından çıxmağı tələb edirdi. Mən də onlardan biriydim.

Yeni yaranan bu millətçi hərəkatı və onun liderlərini Kreml təhlükə kimi görürdü. Buna görə də, Sovet İttifaqı Kommunist Partiyası 1990-cı ilin yanvarında Bakıya tanklar yeridərək xalqı susdurmağa çalışdı. Həmin gecə yüzdən çox şəxs öldürüldü. O gün həm mənim, həm də ölkəmin həyatının alt-üst olduğu gün idi. Daha sonra illərlə davam edən müharibə başlayacaqdı...

Bu yaxınlarda, bir dostumla həmin vaxtlardan danışırdıq. Sovet İttifaqının dağıldığı ərəfədə ərazi mübahisələri qızışmış, Ermənistan, Qarabağ və ətraf ərazilərdə yaşayan yüz minlərlə azərbaycanlı öz torpaqlarını tərk etmək məcburiyyətində qalmışdı.

Məktəblər bu şəxslər üçün sığınacağa çevrilmişdi, amma yaşayış üçün vacib olan şərait, su və istilik yox idi. Ən betəri isə pis qoxu idi.

Dostum "İsmayıllıdakı kəndimizdə çoxlu kasıb adam yaşayırdı, amma o günədək belə acınacaqlı vəziyyətdə olan adamlar görməmişdim. O vəziyyəti görmək məndə travma yaratdı", - deyir.

Çörək və onu bişirməyə un yox idi. Etiraz etməyə gücümüz qalmasın deyə Kremlin Azərbaycana un göndərilməsini qadağan etdiyi və bizi ac buraxmağa qərar verdiyi deyilirdi bizə.

Lakin indi dönüb geri baxanda düşünürəm - bu, Sovet İttifaqının təchizat zəncirindəki problemlərdən qaynaqlanmış da ola bilərdi.

Ancaq səbəbi nə olursa-olsun, o vaxtlar bizə veriləcək hansısa köməkdən imtina etmək kimi bir seçimimiz yox idi. Hərçənd, heç yardım təklifi də yox idi.

Bəs bu gün Qarabağda yaşayan ermənilər niyə bu köməkdən imtina edir?

Bakıdan Qarabağ ermənilərinə yardım: "Rus sülhməramlılarının cavabını gözləyirik"BBC-nin The Context verilişində "Laçın dəhlizi" ilə bağlı vəziyyət müzakirə edilibAğdam-Xankəndi yolundan reportaj: “Əgər bu insanların bu ərzaqlara tələbatları varsa, ərzaq buradadır”, - Hikmət Hacıyev Xankəndi

Şəklin mənbəyi, BBC

Seçilən
33
bbc.com

1Mənbələr