AZ

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır – FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.

AYNA-dan Doğru.az-a bildirilib ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Həmçinin korroziyaya dayanıqlı olan bu nişanlar maksimum işıqqaytarıcı və aydın görüntünü təmin edir.

Əvvəlkilərlə müqayisədə daha kompakt ölçüləri sayəsində bu nişanlar şəhərimizdə xoşagəlməz görüntünü azaltmağa kömək edir.

DOĞRU.AZ

image-17288907835784262663_1200x630 image-17288907836007624082_1200x630 image-17288907834244548041_1200x630

Seçilən
11
13
dogru.az

10Mənbələr