AZ

Ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha bir nəfər saxlanılıb

Bakı. Trend:

Yaşlı nəslin nümayəndələrinə zəng edərək yaxın qohumlarının qəzatörətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədədaxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən tədbirlərdavam etdirilir.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dələduzluğa məruz qalan paytaxt sakini olan 79 və66 yaşlı iki qadın bu barədə polisə müraciət edib. Onların 8000manat və 9530 avro pulunun eyni üsulla ələ kelçirildiyi məlumolub.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləritədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakışəhər sakini, 20 yaşlı Yusif Əliyev müəyyən olunaraqsaxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrəonlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqlarışəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarlarastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” XidmətiZəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik",- qurumdanbildirilib.

Seçilən
87
17
az.trend.az

10Mənbələr