AZ

Aİ İrana qarşı sanksiya və Ukraynaya yardım paketini qəbul etdi

Avropa Birliyi İranın Rusiya ilə raket ticarətinə görə iranlı şəxslərə və qurumlara qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır. Digər tərəfdən Almaniya kansleri Olaf Şolz Ukrayna üçün ayrılan 600 milyon avro dəyərində hərbi yardım paketini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı İranın ballistik raketlərinin Rusiyaya ötürülməsində iştirak edən şəxslərə və ya təşkilatlara qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Bu açıqlamanı verən yüksək rütbəli AB rəsmisi, "İranın Rusiyaya ballistik raketlər göndərməsi ilə bağlı ilk sanksiya paketinin bazar ertəsi açıqlanacağını gözləyirik" dedi.

Avropa İttifaqı İranın ballistik raketlərinin Rusiyaya ötürülməsində iştirak edən qurumları və şəxsləri hədəf alan sanksiyalar tətbiq etməyə hazırlaşır. Aİ İranın raketlərinin Ukraynada istifadə üçün Rusiyaya göndərilməsi ilə bağlı narahatlığını ifadə edir.

Lakin sanksiyalarla bağlı digər təfərrüatlar və müəyyən ediləcək şəxslər və ya təşkilatlar hələ açıqlanmayıb.

Almaniya kansleri Olaf Şolz cümə günü Ukraynaya 600 milyon avro hərbi yardım veriləcəyini açıqlayıb. Tərəfdaşları ilə birlikdə 2024-cü ilin sonuna qədər 1,4 milyard avroluq hərbi yardım paketi vəd edib.

Baş nazir Şolz Ukrayna Prezidenti Vladimir Zelenski ilə birlikdə kansleriyanın binasında çıxış edib. Onun sözlərinə görə, bu hərbi yardım Putinə Qərbin Ukraynaya dəstəyini dayandırmayacağına dair mesajdır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
73
47
turkustan.az

10Mənbələr