AZ

Hacıqabul rayonunda bir sıra evləri su basıb – VİDEO

Hacıqabul rayonunda bir sıra evləri su basıb.

KONKRET.az xəbər verir ki, aramsız yağan yağışların nəticəsində evlərə su dolub.

Redaksiyamıza videomüraciət göndərən Azad Cəfərov bildirir ki, Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng etsə də ə, köməyə gələn yoxdur.

Videodan da görünür ki, yaşayış evlər, yeni tikililər su altında qalıb. Hadisə barədə FHN-nin rayon şöbəsinə də müraciət ediləcək.

Sakinlər bildirirlər ki, rayon mərkəzində illərdir kanalizasiya xətləri çəkilməyib, mövcud xətlər isə köhnəlib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
130
konkret.az

1Mənbələr