AZ

Vətən müharibəsinin xronikası: 12 oktyabr

* Azərbaycan Ordusu bütün cəbhəboyu əməliyyat üstünlüyünü qoruyub. Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Ordumuzun mövqelərinə hücum etməyə cəhd göstəriblər. Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya bölməsi Hadrut qəsəbəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə hərbi texnikasını döyüş mövqelərində qoyub qaçıb. Qırmızı Bazar istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin yeraltı sığınacağı dağıdılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

* Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

* Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.

* Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatını Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri məhv ediblər.

* Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

* Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib.

Seçilən
31
4
anspress.com

2Mənbələr