Xəbər verdiyimiz kimi, Qazaxda 18 tələbə dönərdən zəhərlənib.
Hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib.
Kütləvi zəhərlənmə ilə bağlı Bakı Dövlət Universitetindən "Cebheinfo.az"-a bildirilib ki, Bakı Dövlət Universitenin Qazax şəhərində yerləşən Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür.