AZ

Ukrayna Adıgeydə hərbi aerodorumu vurdu 

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Adıgey Respublikasının Xanskaya kəndi yaxınlığında yerləşən hərbi aerodroma zərbələr endirib. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə hər iki tərəfin teleqram kanalları məlumat yayıb. 

Adıgey rəhbəri Murat Kumpilov sözügedən kəndin boşaldıldığını bildirib. O, teleqram kanalında yazıb ki, gecə saatlarında Maykop şəhərətrafı ərazisi dronların hücumuna məruz qalıb.  vakansiyalar

Sosial media istifadəçiləri həmin ərazidə partlayışlardan görüntülər paylaşıb. Sözügedən hərbi aerodrom Xanskayanın kənarından üç kilometr şərqdə, Adıgeyin paytaxtı Maykopdan beş kilometr kənarda və Krasnodardan təxminən 80 kilometr cənub-şərqdə yerləşir. 


Telegram kanalımız
Seçilən
18
9
yenisabah.az

10Mənbələr