AZ

Bakıda COP29 konfransında Rusiyanı kim təmsil edəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin Bakıda noyabrın 11-22-də keçiriləcək COP29 iqlim konfransına Rusiyadan Prezident Vladimir Putin və ya hökumət başçısı Mixail Mişustin gələ bilərlər.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev bildirib.
O, prezidentin fərmanı ilə Rusiya nümayəndə heyətinə rəhbərlik etdiyini bildirib.
"Lakin bu il ümid edirik ki, ya prezident, ya da baş nazir - onlardan biri iştirak edəcək. Azərbaycan strateji cəhətdən vacib tərəfdaşdır və mən, əlbəttə ki, statusun daha yüksək olmasını istərdim - açılışda ya prezident, ya da baş nazir olsun, sonra danışıqların əsas hissəsini mən məntiqi sonluğa çatdırardım", - deyə Edelgeriyev Rusiya Ekoloji Forumunda bildirib.
Seçilən
7
50
oxu.az

10Mənbələr