AZ

Mahir Emreli üçün yubiley şansı

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlarını Estoniya və Slovakiyaya qarşı keçirəcək.

Futbolinfo.az saytının məlumatına görə, bu iki görüş millimizin bəzi futbolçuları üçün əlamətdar ola bilər. Xüsusən də 3 oyunçu yığmanın heyətində debüt etmək fürsəti qazanıb. Bunlar Aydın Bayramov, Zamiq Əliyev və Vadim Abdullayevdir.

Zədəsini sağaltdıqdan sonra yenidən heyətə dəvət alan Mahir Emreli milli forma altında 50 oyun sayına çata bilər. Hücumçu qarşıdakı hər iki qarşılaşmada meydana çıxsa, Bakıda Slovakiya ilə qarşılaşma onun yubileyi ilə yadda qalacaq.

Rahil Məmmədov və Ozan Can Kökçü də qarşıdakı görüşü səbirsizliklə gözləyirlər. Çünki Məmmədov indiyə qədər 19, Kökçü isə 9 dəfə meydana çıxıb. Daha bir matçda iştirak onların yubileyini qeyd etməsi deməkdir. Emin Mahmudov isə bir qol vurmaqla milli komanda tarixinin bombardiri ünvanını ələ keçirəcək.

Bədavi Hüseynov – 73 oyun (1 qol)

Ramil Şeydayev – 65 (10)

Emin Mahmudov – 50 (14)

Mahir Emreli – 48 (6)

Anton Krivotsyuk – 37 (1)

Renat Dadaşov – 32 (4)

Bəhlul Mustafazadə – 31 (1)

Toral Bayramov – 25 (2)

Coşqun Diniyev – 25 (0)

Aleksey İsayev – 24 (1)

Elvin Cəfərquliyev – 23 (1)

Abbas Hüseynov – 23 (0)

Rahil Məmmədov – 19 (0)

Qismət Alıyev – 11 (0)

Ozan Can Kökçü – 9 (0)

Rüstəm Əhmədzadə – 8 (0)

Ceyhun Nuriyev – 6 (0)

Şəhriyar Əliyev  – 4 (0)

Mehdi Cənnətov – 3 (-6)

Xəyal Nəcəfov – 2 (0)

Rza Cəfərov – 1 (0)

Aydın Bayramov – 0 (0)

Zamiq Əliyev – 0 (0)

Vadim Abdullayev – 0 (0)

Seçilən
18
futbolinfo.az

1Mənbələr