AZ

İsrail qüvvələri 45 fələstinlini də qətlə yetirdi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 41 870 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 366 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 45 fələstinlinin həyatını itirdiyi, 256 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 870-ə, yaralıların sayının isə 97 166  nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında hələ də minlərlə insanın olduğu, İsrail qüvvələrinin maneələri səbəbindən tibbi personalın və mülki müdafiə dəstələrinin cəsədlərin olduğu bölgəyə daxil ola bilmədiyi vurğulanıb.



Seçilən
0
3
trt.net.tr

10Mənbələr