AZ

İraqdakı səfirimiz bu ölkənin XİN başçısı ilə görüşdü

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

Bizim.Media xəbər verir ki, N.Məmmədov bu barədə “X”dəki hesabında yazıb.

Görüşdə ölkələr arasında ikitərəfli gündəliyin geniş müzakirəsi aparılıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulanıb.

Nazir COP-29-a hazırlıq, həmçinin COP-29 zamanı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb.

Bizim.Media

Seçilən
4
11
bizim.media

10Mənbələr