AZ

İsrail Prezidenti İran və Livan xalqlarına ÇAĞIRIŞ ETDİ

İsrail Prezidenti İsaak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birgə dayanmağa və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağı təklif edib.

Publika.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb .

O, regionun sakinlərinə və siyasi qüvvələrinə, xüsusən də İran və Livan xalqlarına müraciət edərək, Tehran və onun proksi qüvvələrinin qarşısını almağa çağırıb.

Dövlət başçısı vurğulayıb ki, Yaxın Şərqin təhlükəsizliyinə əsl təhlükə İrandır.

İ.Hersoq Qüdsün Tehrana qarşı cavab planının nəzərdən keçirildiyini xatırladıb, lakin mümkün cavabın formatını və ya vaxtını açıqlamayıb.

Seçilən
12
6
publika.az

10Mənbələr