AZ

Livanda peycerlərin partladılması Kremli qorxudub: Sui-qəsd cəhdləri təhlükəsi AÇIQLAMASI

“Hizbullah” üzvlərinin peycer və radiolarının uğurlu partladılması Rusiya hakimiyyətindəkilərinin həyatları üçün qorxu yaranmasına səbəb olub...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Livanda “Hizbullah” üzvlərinə məxsus peycer və telsiz rabitə qurğularının bombalanması ilə bağlı son hadisələri MDB ölkələrinin təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirib.

QAZÌLER.AZ  Lent.az-a istinadən verdiyi məlumata görə, MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri şurasının iclasında Bortnikov qeyd edib ki, müasir portativ elektronika təkcə kritik infrastrukturun sabitliyini pozmaq üçün deyil, həm də dövlət məmurlarına sui-qəsd üçün istifadə edilə bilər.

O vurğulayıb ki, informasiya sistemlərinin zəif tərəfləri haqqında məlumatların toplanması və elektron “əlfəcinlərin” gizli tətbiqi bu cür hücumlar üçün əsas ola bilər. 

Eyni zamanda, Rusiya siyasətçilərinin bəyanatlarına əsaslansaq, Kreml növbəti partlayışların Rusiya hökumətinin nümayəndələrinə qarşı ola biləcəyindən ehtiyat edir və rusiyalı təbliğatçıları deyirlər ki, İsrail yəqin ki, bu texnologiyanı artıq ABŞ-a ötürüb. Amerika isə, onlar hesab edirlər ki, texnologiyanı Ukrayna xüsusi xidmət orqanları ilə bölüşüb.

Məlum olduğu kimi, sentyabrın ortalarında Livan və Suriyada “Hizbullah” üzvlərinə məxsus peycerlər partladılıb. Qruplaşma bu hadisələrdə İsraili günahlandırıb. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bu partlayışları kəskin şəkildə pisləyib və onları Livana qarşı hibrid müharibənin bir hissəsi kimi xarakterizə edib.

 

Seçilən
19
qaziler.az

1Mənbələr